Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Dövlət şirkəti Dubaydan 5,1 milyon manatlıq sayğaclar alır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət şirkəti Dubaydan 5,1 milyon manatlıq sayğaclar alır

"Azərişıq" ASC "MP 106 markalı 1 fazalı Smart kart tipli sayğacların satın alınması" adlı tender üzrə "Sensemi DMCC OF DUBAİ" şirkətini qalib elan edib.

 

"Marja" xəbər verir ki, 15.07.2019-cu il tarixində "Azərişıq" "Sensemi DMCC OF DUBAİ" şirkəti ilə müqavilə bağlayıb. Müqavilənin məbləği 5 milyon 100 min manatdır. 

 

2019-cu ilin Yanvarında da "Azərişıq" şirkəti "Sensemi DMCC of Dubai" şirkətilə qısa SMS bildirişli 1 fazalı SMS sayğaclarının tədarükü üzrə 816 min manatlıq müqavilə bağlamışdı.

 

Bundan başqa, 2018-ci ilin ikinci rübündə də "Azərişıq" şirkəti "Sensemi DMCC of Dubai" şirkətilə Smart-kart tipli 3 fazalı sayğaclar, abonent kartları və kart oxuyucular tədarükü üzrə ümumi dəyəri 947,600 manatlıq və MP 106 və MP 306 markalı elektrik sayğaclarının sınaq və test olunması üçün stend tədarükü üçün 141,1 min manatlıq iki müqavilə bağlamışdı.

16.07.2019 07:22

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ