Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

"AGBank"ın komandası çimərliklərdən birini böyük miqdarda zibildən təmizləyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"AGBank"ın komandası çimərliklərdən birini böyük miqdarda zibildən təmizləyib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Ötən şənbə günü "AGBank"ın komandası yerli, ödənişsiz çimərliklərdən birini  təmizləyib.

 

Reklam_3_11

Sirr deyil ki, ekoloji problemlər planetimizin ən prioritet məsələlərindən biridir. Ölkəmizdə də həmçinin bu problemin müzakirəsi son zamanlar geniş yayılmışdir. Təbiətimizi yaxşılaşdırmaq üçün çox sayda layihələr aparılır, ən önəmlisi isə vətəndaşları mövcud problemə daha diqqətli yanaşması üçün bir sıra sosial çarxlar çəkilir.

 

Beləliklə, "AGBank"ın komandası da kənarda qalmayaraq, təbiətin artıq zibillərdən təmizlənməsi problemini həll etmək üçün, Göradildəki  çimərliklərdən birində təmizlik işləri apararaq  öz kiçik, lakin mühim töhvələrindən birini verdi.

 

“Biz Bankda könüllülərdən ibarət olan “AGreen Team” adlı qrup yaratmağa qərarına gəldik” - Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Quliyev söylədi.

 

"Həmin qrup ətraf mühitin qorunmasına yönəlmiş könüllü tədbirlərdə fəal iştirak edəcək. Planlarımız tullantıların çeşidlənməsi, Xəzər dənizi sahilinin və tərk edilmiş oyun meydançalarının təmizlənməsi ilə bağlı olan layihələri əhatə edir. Ümid edirik ki, Azərbaycanda daha çox təşkilat gözəl ölkəmizin ekoloji vəziyyətinin yaxşılaşdırılmasında iştirak edər, bununla da digərlərini həvəsləndirərlər.

 

Göradildəki sahil zonasında xeyli plastik tullantılar, xüsusilə şüşə qablar, polietlen torbalar, uşaq bezləri və digər növ zibillər yığılmışdı. Bu çeşid tullantılar təbiətdə yüz illərlə təbii yolla emal edə bilmir. Bununla yanaşı, çimərlik sahəsi şüşə parçaları ilə dolu idi, bu isə bu cür ictimai sahələr üçün çox təhlükəlidir.

 

Düşünürük ki, ərzaq dükanlarda polietilen torbaların verilməsini minimuma endirmək lazımdır. Bununla mübarizə aparmaq əsasən ölkəmizdəki iri supermarketlerin üzərinə düşür. Komandamızın yığdığı 60 ədəd zibil qutusunun dörddə bir hissəsini polietilen çantalar/plastik torbalar təşkil edirdi”- deyə, Anar Quliyev qeyd etdi.

 

Əlbəttə, etiraf etməliyik ki, bütün bu zibillərin orda təsadüfən yaranması mümkün deyil, bilavasitə çimərliklərdə ailələrlə dincələn vətəndaşların təqsiridir. Göradil rayon bələdiyyəsi dinсələnlər üçün əlverişli şərait yaratmaya çalışsa da, ətraf təmizliyi ilk növbədə çimərliyə gələn hər kəsin məsuliyyətidir. Təbiətə olan sevgi və qayğını, xüsusilə söhbət öz vətənimizdən gedirsə,  uşaqlıqdan aşılamaq çox vacibdir.

 

Biz hamımız özümüzdən sonra təmizlənməyi öyrənməliyik və buna əməl etməyənlərə isə irad tutmağa çəkinməməliyik. Bəlkə, bu zaman ətrafımızdakı dünya müsbət yöndə dəyişməyə başlayacaq.

 

"AGBank"ın qayğıkeş əməkdaşlarına təşəkkür edirik və “AGreen Team” könüllülər təşkilatına gələcək işlərində uğurlar arzulayırıq!

 

Unutmayın ki, Biz ətraf mühitin çirklənməsi səbəbindən qlobal iqlim narahatlığı ilə üzləşən ilk  və dəyişiklik etmə imkanı olan son nəsil olacağıq!

16.07.2019 08:13

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ