Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Qala Sığorta”dan 2 dəfə çox pul çıxıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qala Sığorta”dan 2 dəfə çox pul çıxıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan sığorta bazarının aparıcı şirkətlərindən olan “Qala Sığorta” 2019-cu ilin yanvar-iyun ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.

 

Reklam_3_11

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, düzgün hədəfə yönləndirilmiş strategiya artıq öz nəticəsini göstərir. Belə ki, şirkətin operativ məlumatlar əsasında hazırlanmış hesabatına əsasən cari ilin 6 ayı ərzində “Qala Sığorta” şirkəti tərəfindən 12 720 054 manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2018-ci ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 5 261 689 manat və ya 70,54 % çox olub.

 

6 aylıq hesabat dövründə yığımlarla yanaşı ödənişlərdə də kəskin artım müşahidə olunub. Qeyd olunan dövr ərzində şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə 1 452 237 manat sığorta ödənişi verilib ki, bu da ötən ilin yanvar-iyun ayının göstəricisi ilə müqayisədə 787 413 manat və ya təxminən 2,1 dəfə çoxdur.

 

Xatırladaq ki, bazarda geniş çeşidli məhsulları ilə tanınan “Qala Sığorta” şirkəti 20 illik fəaliyyət tarixinə malikdir. Şirkət rebrendiq edərək 2015-ci ildən “Qala Sığorta” brendi altında yeni strategiya əsasında fəaliyyətə başlayıb. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.

 

Şirkət müştərilərinə baş ofis, 1 filial və 9 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.

16.07.2019 08:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ