Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Evdən çıxmadan könüllü kimi işləmək imkanı olacaq - AZƏRBAYCANDA İLK

iç səhifə xəbər başlığı altı (mobil)_31
Evdən çıxmadan könüllü kimi işləmək imkanı olacaq - AZƏRBAYCANDA İLK
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi  “Könüllü DOST” proqramı çərçivəsində Azərbaycanda ilk olacaq daha bir layihəyə imza atır.

 

Nazirlikdən "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, Agentlik tezliklə “Onlayn könüllü” proqramını reallaşdıracaq.

 

Evdə və yaxud istənilən başqa məkanda olaraq da DOST Agentliyinin könüllüsü kimi fəaliyyət göstərmək mümkün olacaq. Bunun üçün yalnız kompüter, planşet və ya smartfon kifayət edəcək!

 

Bu proqram həmçinin əlilliyi olan şəxslərin sosial inteqrasiyası baxımından uyğunluq təşkil edir və onların evdən çıxmadan könüllü kimi fəaliyyət göstərmələri üçün yaxşı imkan yaradır.

 

“Onlayn könüllü”lər təhsil, təlim, tədqiqat, PR, konsaltinq və s. sahələr üzrə verilən tapşırıqları onlayn qaydada yerinə yetirəcəklər.

 

Namizədlərin qeydiyyatı barədə tezliklə məlumat veriləcək.

16.07.2019 09:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ