Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Hyundai Motor Group” Xorvatiyaya xüsusi önəm verir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Hyundai Motor Group” Xorvatiyaya xüsusi önəm verir

(®) Koreyanın “Hyundai Motor Group” şirkəti,  Xorvatiyanın “Rimac Automobili” şirkətinin tərəfdaşı qismində  Xorvatiyanın Baş naziri Andrej Plenkoviçin və Xorvatiyanın digər hökümət nümayəndələrinin  iştirakı ilə təşkil olunmuş yeni avtomobil sənayesinin Xorvatiya iqtisadiyyatına təsirinin müzakirə olunduğu tədbirdə iştirak etmişdir. 

 

Hyundai şirkətinin icraçı vitse prezidenti Tomas Şemera Xorvatiya hökümətinin “Rimac Automobili” şirkəti ilə əməkdaşlığını təşviq etməsini yüksək qiymətləndirmişdir.

 

Xatırladaq ki, may ayında “Hyundai Motors Group” şirkəti yüksək effektivli avtomobillərin yaradılmasını sürətləndirmək üçün 80 milyon evro investisiya etdiyini açıqlamışdı. Hal-hazırda şirkətlərin əməkdaşlığı orta sinif üçün elektriklə çalışan Hyundai N və yüksək məhsuldarlıqlı FCEV avtomobillərin prototipinin yaradılması üzərində qurulmuşdur. Növbəti mərhələdə Xorvatiyanın yeni nəsil avtomobillərin istehsal və tədarük mərkəzi rolunu oynaması hədəflənməkdədir.

 

Məlumat üçün deyək ki, “Rimac Automobili” şirkəti 2009-cu ildə 21 yaşı olan Mate Rimak tərəfindən yaradılmışdır. Şirkət şaquli istehsal sistemini tətbiq etməklə 500 nəfərə qədər əməkdaşın EV-lər üçün müxtəlif texnoloji hissələrinin hazırlanması ilə məşğul olur.

 

Qeyd edək ki, Hyundai ECO seriası ilə ölkəmizdə yalnız İONİQ EV (tama elektrik) və İONİQ PHEV (Plug in hibrid) modelləri ilə təmsil olunmaqdadır. Ölkəmizə yeni gətirilmiş İNOQ PHEV avtomobilinin geniş ictimaiyyətə təqdimatı bu ay keçirilmiş “Caspian Motor Show” sərgisində edilmiş və avtomobil sərgi iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Avtombil ölkəmizdə 56900 AZN-dən başlayan qiymətlərlə təklif edilir.

 

Ətraflı məlumat: hyundai.az/ioniq-plug-in-hybrid/

Telefon: 989

17.07.2019 08:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ