Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Hyundai Palisade Azərbaycanda mükafat aldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hyundai Palisade Azərbaycanda mükafat aldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Hyundai Palisade modeli Azərbaycanda “İlin Təqdimatı” mükafatı ilə təltif olundu.

 

Ölkəmizdə və regionda yaddaqalan və ənənəvi avtomobil hadisələrindən biri də “Caspian Motor Show” avtomobil sərgisi tədbiridir. Sərgi avtombil və vertikal sektorlardan müxtəlif iştirakçıları bir araya toplayaraq bayram abu-havası yarada bilmişdir. Bu il 16-cı keçirilən “Caspian Motor Show” müxtəlif markaların maraqlı modellərinin iştirakı ilə yenə də yaddaşlarda yer edə bildir.

 

Hyundai avtomobillərinin Azərbaycandakı rəsmi distrubutoru "Auto Azerbaijan" şirkəti də hər zaman olduğu kimi bu dəfə də ən yaddaqalan iştirakçılardan biri oldu. Belə ki, şirkət İoniq PHEV (plug in hibrid), G70 və ən nəhayət tədbir tamaşaçılarının səbrsizliklə gözlədiyi Palisade modeli ilə sərgiyə öz damğasını vurmuş oldu. Festival iştirakçılarının xüsusi marağı Hyundai SUV sırasının ən böyüyü olan Palisade və ölkəmizdə ilk dəfə Hyundai tərəfindən gətirilmiş İONİQ Hibrid Plug in modeli üzərində qurulmuşdu.

 

Hyundai ix55 və ya Cənubi Koreya, ABŞ, Kanada, Braziliya, Çin eləcə də bizim bazar üçün Hyundai Veracruz kimi tanınan modelin istehsalının dayandırılması ilə şirkət uzun müddət rəqibləri üçün E SUV seqmentini əlçatan etmişdi. 

 

Şirkət 5 ilə yaxın davam edən fasilədən sonra öz yeni nəhəngi olan Palisade modelini ABŞ istehlakçılarına təqdim etdi. Azərbaycan istehlakçılarının avtomobillə ilk tanışlığı isə məhz  “Caspian Motor Show” tədbirində mümkün olmuşdur.

 

“Caspian Motor Show” Avtograph Production tərəfindən təsis edilmişdir. Təşkilatçılar parlaq exteryer, komfortlu və texniki təchizatlı salon, dinamikasına, qiymət və keyfiyyət mütənasibliyinə görə “İlin Təqimatı” nonimasiyasında “Qızıl Çarx” mükafatına layiq görmüşlər.

 

Ətraflı məlumat: hyundai.az/palisade/

Telefon: 989

19.07.2019 09:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ