"Gündəlik olaraq Azərbaycan rəsmiləri ilə əlaqə saxlayırıq" - GÜRCÜSTANIN BAŞ NAZİRİ
“Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiya fəaliyyətini yaxın bir neçə həftə ərzində bərpa edəcək”.
Bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze hökumət iclasından öncə keçirdiyi brifinqdə bildirib.
Baş nazir hər kəsi komissiya və aidiyyəti qurumların sakit şəraitdə işləməsinə imkan verməyə çağırıb: “Müvafiq qurumlar gündəlik olaraq Azərbaycan rəsmiləri ilə əlaqə saxlayıralar. İki gün bundan öncə təəssüfedici insident baş verib. Bu, hər birimiz üçün çox həssas məsələdir və mən hamıdan komissiya və müvafiq qurumların normal rejimdə fəaliyyətlərini davam etdirməsinə imkan verməyi xahiş edirəm”.
Qeyd edək ki, iyulun 14-də saat 14:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib.
Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qısa müddət ərzində aradan qaldırılıb və DSX-nin şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib.
Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, gələcəkdə bu kimi hallara yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edilib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Unibank biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır
-
3 saat əvvəl
Bank təsərrüfat mallarının təchizatı ilə əlaqədar tender elan edir
-
3 saat əvvəl
İki ayda Azərbaycan banklarının xalis mənfəəti 210 milyon manata çatıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Park Yasamal"da sərfəli qiymətlərlə mənzil satışı davam edir