"Bu il bir hektardan 2 ton 300 kiloqram götürmüşük"
Zaqatalada qızılgül yığımı başa çatıb.
Bu barədə Zaqatala rayonunda qızılgül yetişdirilməsi ilə məşğul olan "Azrose" Məhdud Məsuliyyətli Cəmiyyətindən məlumat verilib.
Məlumatda bildirilir ki, ötən illə müqayisədə qızılgül yığımı bu il daha məhsuldar olub: "181 hektar gül sahəmiz var. Onun 36 hektarı lavanda gülü, 145-i isə qızılgül sahəsidir. Bu il 145 hektardan 121 hektarında qızılgül yığımı aparılıb. 2018-ci ildə 64 hektar qızılgül sahəsindən 120 ton gül ləçəyi toplanıb. Bu il isə 121 hektar qızılgül sahəsindən 280 ton gül ləçəyi toplanıb. Bu da ötən ilə nisbətən məhsuldarlığın 20 faiz artımı deməkdir. Yəni ötən il bir hektar qızılgül sahəsindən 1 ton 800 kiloqram məhsul götürmüşdüksə, bu il bir hektardan 2 ton 300 kiloqram götürmüşük".
Şirkətdən bildiriblər ki, hazırda lavanda gülünün yığımı isə davam edir: "Bu səbəbdən məhsuldarlıqla bağlı konkret rəqəm demək çətindir".
Qeyd edək ki, daha öncə şirkətin məsul əməkdaşı Fransa, İsveçrə, Almaniya və Bavariyaya qızılgül yağı və lavanda yağı ixrac etmək üçün danışıqlar aparıldığını qeyd etmişdi. Məlumata görə, həmin yağlar "Made in Azerbaijan" brendi altında, "Roseoil" və "Lavandoil" adı ilə ixrac ediləcək.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Evdə" təhsil məktəbində baş verən qanunsuzluqlar ilə bağlı cinayət işi başlanıb
-
13 saat əvvəl
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub
-
14 saat əvvəl
İş vədi ilə aldadılaraq Azərbaycana gətirilən əcnəbilər saxlanılıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Electro-İndustries” şirkətinin əməkdaşı iş zamanı aldığı xəsarətlərdən ölüb
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Qiyməti 12 min dollara yüksələcək" xəbərdarlığından sonra misin qiyməti 10 min dolları ötdü
-
15 saat əvvəl
Əmək müqavilələrinin sayı və məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artır
- 15 saat əvvəl