Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Bu il bir hektardan 2 ton 300 kiloqram götürmüşük"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bu il bir hektardan 2 ton 300 kiloqram götürmüşük"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Zaqatalada qızılgül yığımı başa çatıb.

 

Reklam_3_11

Bu barədə Zaqatala rayonunda qızılgül yetişdirilməsi ilə məşğul olan "Azrose" Məhdud Məsuliyyətli Cəmiyyətindən məlumat verilib.

 

Məlumatda bildirilir ki, ötən illə müqayisədə qızılgül yığımı bu il daha məhsuldar olub: "181 hektar gül sahəmiz var. Onun 36 hektarı lavanda gülü, 145-i isə qızılgül sahəsidir. Bu il 145 hektardan 121 hektarında qızılgül yığımı aparılıb. 2018-ci ildə 64 hektar qızılgül sahəsindən 120 ton gül ləçəyi toplanıb. Bu il isə 121 hektar qızılgül sahəsindən 280 ton gül ləçəyi toplanıb. Bu da ötən ilə nisbətən məhsuldarlığın 20 faiz artımı deməkdir. Yəni ötən il bir hektar qızılgül sahəsindən 1 ton 800 kiloqram məhsul götürmüşdüksə, bu il bir hektardan 2 ton 300 kiloqram götürmüşük".

 

Şirkətdən bildiriblər ki, hazırda lavanda gülünün yığımı isə davam edir: "Bu səbəbdən məhsuldarlıqla bağlı konkret rəqəm demək çətindir".

 

Qeyd edək ki, daha öncə şirkətin məsul əməkdaşı Fransa, İsveçrə, Almaniya və Bavariyaya qızılgül yağı və lavanda yağı ixrac etmək üçün danışıqlar aparıldığını qeyd etmişdi. Məlumata görə, həmin yağlar "Made in Azerbaijan" brendi altında, "Roseoil" və "Lavandoil" adı ilə ixrac ediləcək.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Trend

17.07.2019 06:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ