"2017-ci ildə Azərbaycan iqtisadiyyatı geriləyəcək"
Asiya İnkişaf Bankı (ADB) bu il qlobal bazarda neft qiymətlərinin 56-57 dollar/barel civarında olacağını proqnozlaşdırır. Bunu ADB-nin Azərbaycan üzrə ölkə meneceri Nariman Mannapbekov deyib.
.
N.Mannapbekov Bankın ötən il Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün ayırdığı 500 mln. ABŞ dolları məbləğində olan kredit haqqında da danışıb: “Bu kredit 2016-cı il dövlət büdcəsinin icrasında kəsirin 0,5%-dək azaldılmasına kömək edib. Bu isə ötən ilin fevralında proqnozlaşdırılandan çox aşağıdır”.
ADB rəsmisi deyib ki, hökumət 2017-ci ildə büdcə kəsirini 1-2% civarında saxlaya bilər. O, həmçinin Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MHŞT) çıxarılmasına da münasibət bildirib və müzakirələrin davam etdirilməsinin tərəfdarı olduğunu deyib.
AZƏRBAYCAN İQTİSADİYYATI 1,1% GERİLƏYƏCƏK
Asiya İnkişaf Bankının (ADB) proqnozuna görə, 2017-ci ildə Azərbaycan iqtisadiyyatı 1,1% geriləyəcək. Bu barədə Bank rəsmilərindən biri “Reuters”ə açıqlamasında deyib.
ADB-nin məlumatına görə, ölkə gəlirlərinin 75%-ni və ÜDM-in 45%-ni təşkil edən neft və qazın qiymətinin azalması büdcəyə, tədiyyə balansına, manatın məzənnəsinə və xarici valyuta ehtiyatlarına təsir edib: “Keçmiş SSRİ respublikalarının iqtisadiyyatı əvvəlki ilə nisbətən 3,8% azalıb. Lakin yanvar ayından etibarən 0,8%-lik artım müşahidə edilib. Azərbaycan hökuməti isə bu il üçün 1%-lik inkişaf gözləyir”.
ADB bu il Azərbaycana iki kreditin ayrılması məsələsinin də nəzərdən keçirə bilər. Bu kreditlərdən biri təxminən 400 mln. ABŞ dolları civarında olacaq və dəmir yolu sahəsində layihənin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
6 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
7 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
7 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
7 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 7 saat əvvəl
-
8 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
8 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 8 saat əvvəl
- 9 saat əvvəl