Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Arıçılara şad xəbər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Arıçılara şad xəbər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının 2019-cu ildə veriləcək subsidiya üzrə iclası keçirilib.

 

Reklam_3_11

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, komissiyanın iclasında ictimai nəzarəti və şəffaflığı təmin etmək məqsədilə Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak ediblər.

 

İclasda 60 rayon (şəhər) komissiyasından daxil olmuş müraciətlərə baxılıb. Respublika Komissiyası tərəfindən 1927 inzibati ərazi vahidi üzrə cari ildə arıçılıqla məşğul olan 19 min 807 fiziki və hüquqi şəxsə sahib olduqları 426 min 533 arı ailəsinə (pətəyə) görə 4 milyon 265 min 330 manat subsidiya ödənilməsi qərara alınıb.

 

İclasda 60 rayon (şəhər) komissiyasından daxil olmuş müraciətlər və müvafiq sənədlərin Maliyyə Nazirliyinə göndərilməsi barədə qərar qəbul olunub.

17.07.2019 09:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ