Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

SOCAR İstiqrazlarının növbəti faiz ödənişi edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR İstiqrazlarının növbəti faiz ödənişi edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

SOCAR İstiqrazlarının sahiblərinə 1.25 milyon dollar da ödənildi


 

Dollarda illik 5% gəlir qazandıran və faizləri hər 3 aydan bir ödənilən SOCAR İstiqrazlarının 2019-cu il üzrə 17 iyul tarixində sayca 3-cü, ümumilikdə isə 11-ci faiz ödənişi edilib və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 13 milyon 750 min dollara çatıb.

 

2021-ci ilədək dövriyyəsi davam edəcək SOCAR İstiqrazları üzrə qarşıdakı rüblərdə daha 9 dəfə faiz ödənişi ediləcək ki, bunun da müqabilində, istiqraz sahibləri əlavə 11 milyon 250 min dollar qazanmış olacaqlar (ümumilikdə 25 milyon dollar.)

 

“SOCAR Capital” şirkətindən “Marja”ya verilən məlumata əsasən, hər istiqraz üçün 12.5 dollar olmaqla, toplamda 1.25 milyon dollar vəsait bir həftə əvvəldən Milli Depozit Mərkəzinin Mərkəzi Bankdakı hesabına köçürülüb.

 

Əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti, likvidliyin yüksək olması, alqı–satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması olan SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 175 milyon dolları ötüb və Bakı Fond Birjasında ən çox alınıb-satılan korporativ qiymətli kağızdır – 2019-cu ilin ilk yarısında 240, ümumilikdə isə 1800 əqd bağlanıb.

 

1 və 5 saylı ASAN Xidmət mərkəzlərindən də əldə edilməsi mümkün olan və 5 illik müddətə buraxılan SOCAR İstiqrazlarının 17 iyul tarixində ümumi faiz ödənişlərinin artıq yarıdan çoxu yekunlaşmış oldu.

 

İstiqrazlar üzrə növbəti faiz ödənişinin cari ilin 17 oktyabr tarixində baş tutacağı bildirilib.

17.07.2019 09:13

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ