Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda ilk dəfə dizel mühərrikli avtomobillərə CNG sistemi quraşdırılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda ilk dəfə dizel mühərrikli avtomobillərə CNG sistemi quraşdırılıb

“SOCAR Petroleum” QSC və “İntra Caspian” MMC birgə sınaq layihəsi çərçivəsində ölkədə ilk dəfə olaraq dizel mühərrikli avtomobillərə CNG sistemini quraşdırıblar.

 

Reklam_3_11

“SOCAR Petroleum”dan verilən məlumta görə, ilkin sınaqların nəticəsi CNG-dizel yanacağının istifadəsinin mümkün və səmərəli olduğunu təsdiqləyib. O cümlədən, ekoloji müayinə zamanı dizel mühərriklərində tüstünün miqdarının iki dəfədən cox azalması müşahidə olunub. Bildirilib ki, birgə sınaq layihəsi tamamlandıqda, dizel mühərrikli avtomobillərin və ağır texnikanın CNG-yə keçirilməsi layihəsinin kommersiya mərhələsi planlaşdırılır.

 

Qeyd edək ki, CNG (sıxılmış təbii qaz və ya “compressed natural gas”) beynəlxalq təcrübəyə əsasən benzin və dizel yanacaq növlərinin əsas alternatividir. Satış qiymətinin aşağı olması bu mühərrik yanacağından istifadə edən istehlakçıların maliyyə vəsaitinə qənaət etməsinə şərait yaradır. Ekoloji cəhətdən CNG ən təmiz mühərrik yanacağıdır və AVRO-6 ekoloji standartının tələblərinə cavab verir. 

17.07.2019 09:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ