Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Satışları azalsa da bazar payını qoruyub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Satışları azalsa da bazar payını qoruyub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ilin 1-ci yarısında Renault Qrupunun satışları 6,7 faiz azalıb. Eyni dövrdə qlobal avtomobil satışları isə 7,1 faiz azalıb.

 

Reklam_3_11

"Marja" Qrupun yaydığı məlumata istinadən xəbər verir ki, Renault 1 milyon 938 min 579 avtomobil satışı ilə  4,4%-lik bazar payını qoruyub.

 

Avropada satışlar sabit qalıb, digər bölgələrdə Qrupun satışları azalıb. Azalma qlobal avtomobil satışlarının azalması ilə bağlıdır.

 

Renault markalı avtomobillərin satışı 11.5% azalaraq 1 milyon 229 min 658 ədəd təşkil edib.

 

Dacia brendi Avropada 311 min 24 satış ədədi ilə (10,6 faiz artım) yeni bir satış rekordu qırıb və 3,3 faiz kimi rekord bir bazar payı (0,4 bənd artım) əldə edib. Bu artım, Yeni Duster və Sandero sayəsində baş tutub.

 

LADA avtomobillərinin yenilənməsi sayəsində 174 min 186 satış ədədi və 21%-lik bazar payı (1 bənd artım) ilə satışlarında 2,5% artım baş verib. LADA GrantaLADA Vesta Rusiyada ən çox satılan 2 model olub.

 

Renault markası, elektrikli avtomobillər seqmentində satış ədədini dünya miqyasında 42,9 faiz artarıb (30 min 600-dən çox). Avropada ZOE modelinin satışları 44,4 faiz artıb (25 min 041 avtomobil), Kangoo Z.E. modelinin satışları isə 30,7% artım göstərib (4 min 653).

 

Qrup ilin ikinci yarısında Çində Renault K-ZE modelinin təqdimatını keçirəcək və ölkənin 5-inci ən böyük elektrikli avtomobil istehsalçısı JMEV-ə sərmayə qoyaraq elektromobil strategiyasına təkan vermiş olacaq.

 

Renault Qrupunun Satış direktoru və İdarə Heyətinin üzvü Olivier Murguet, "İlin ilk yarısında yeni məhsulu olmayan Renault Qrupu, geriləyən bazarda satışlarında 6,7% azalma ilə bazar payını qoruyub. İlin ikinci yarısında, Avropada Yeni Clio və Yeni ZOE, Rusiyada Arkana, Hindistanda Triber və Çində Renault K-ZE  modellərinin uğurlu təqdimatlarına fokuslanacağıq" - deyib.
 

Renault Qrupu 2019-ci ildə qlobal avtomobil bazarının 2018-ə nisbətən yüngül bir azalma göstərəcəyini nəzərdə tutur. Avropa bazarının stabil olması ("Brexit" istisna), Rusiya bazarının 2 - 3 faiz azalması, Braziliya bazarının isə təxminən 8 faiz artımı gözlənilir.

 

Renault Qrupuna - Renault, Dacia, Lada, AlpineJinbei & Huasong markaları daxildir.

17.07.2019 10:47

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ