Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Sığorta şirkətləri avtoservislərlə necə əlbir olublar?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığorta şirkətləri avtoservislərlə necə əlbir olublar?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda icbari sığorta xidməti göstərən sığorta şirkətlərinin avtoservis xidməti müəssisələri ilə əlbir olması bardə iddialar davam edir.

 

Tanınmış sığorta eksperti İlkin İbrahimov “Marja”ya açıqlamasında iddialara aydınlıq gətirib.

 

“Əvvəllər də sığorta şirkətlərinin avtoservislərlə əlbir olması, təmir qiymətinin şişirdilməsi, vətəndaşlara keyfiyyətsiz avtoservis xidmətləri göstərildiyi barədə mətbuatda yazı paylaşmışdım. Qeyd etmişdim ki, sığorta şirkətləri avtoservislərlə birgə vətəndaşlara keyfiyyətsiz xidmət təşkil edərək, icbari avtomobil sığortasında 30-35% sığorta haqqında etdikləri endirimləri geri almağa çalışırlar. Məsələn, vətəndaşa 540 AZN pul təklif edirlər və deyirlər ki, biz sizin avtomobili bu qiymətə təmir edə bilərik. Ya pulu götürün ya da gətirin bizim servisdə bunu bu qiymətə təmir edə bilərlər. Sonda vətəndaş onların dediyi servisi seçdikdə qiymət ən azı 2 dəfədən də çox artmış olur. Səbəb kimi qeyd edirlər ki, zərər aktını ilkin tərtib edəndə üzdən baxış olur. Sonradan biz "dərinə gedirik" ona görə qiymət artır. Məsələnin digər tərəfi, sığorta şirkətlərinin qiymətin az çıxarılmasının səbəbini sığorta şirkətlərinin eyni servislərlə daimi işləməsi və buna görə də onlara güzəşt olunması kimi qələmə verirlər. Təcrübə göstərir ki, sığorta şirkətlərinin işlədiyi servislər zərər aktında vətəndaşa aşağı qiymət deyir, təmir zamanı isə məbləğ artıq olur. Keyfiyyət isə digər yerlərdən aşağı, hətta maşınların servisdə qalma müddəti 2-3 ayadək davam edir”.

17.07.2019 13:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ