Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Məhsulların geri qaytarılması məlumatları həqiqəti əks etdirmir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Məhsulların geri qaytarılması məlumatları həqiqəti əks etdirmir"

Son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Azərbaycandan Rusiyaya ixrac olunan 118 ton bitki məhsullarının geri qaytarılması barədə informasiyalar dolaşır. Bu, nə dərəcədə doğrudur?

 

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu barədə deyib: “Yayılan məlumatlar qətiyyən həqiqəti əks etdirmir. Qeyd etmək lazımdır ki, iyulun 1-dən Agentliyimiz tərəfindən Azərbaycandan ixrac olunan məhsullar barədə ətraflı məlumatlar yayımlanır. Bu il yanvarın 1-dən indiyədək təqribən 319 min 764 ton kənd təsərrüfatı məhsulları ixrac olunub və onlardan cəmi 5 nəqliyyat vasitəsi geri qaytarılıb. Geri qaytarılanlar pomidor, gilas və tütün məhsullarıdır. Bu, ixrac olunan məhsulların cəmi 0,03 faizini təşkil edir.

 

Nəqliyyat vasitələrindən 2-i sənədləşmədə olan problemlər, 3 isə kənd təsərrüfatı məhsullarının zərərvericilərlə yoluxması ilə əlaqədar geri qaytarılıb. Həmin məhsulların heç birinin toksikoloji göstəricilərində nöqsanlar aşkar edilməyib və bu, bitkiçilik təsərrüfatlarında aqrokimyəvi vasitələrin, pestisid və bitki zərərvericilərinə qarşı tətbiq edilən vasitələrin düzgün həyata keçirildiyini göstərir. Geri qaytarılan 2 nəqliyyat vasitəsinin sənədlərində olan problemlər aradan qaldırılandan, 3 nəqliyyat vasitəsindəki kənd təsərrüfatı məhsulları isə zərərvericilərə qarşı müvafiq fitosanitar tədbirlər həyata keçiriləndən sonra məhsullar yenidən ixrac olunub”.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

17.07.2019 13:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ