Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Antisanitar şəraitdə Bərdə pendiri istehsalı aşkarlanıb - FOTOLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Antisanitar şəraitdə Bərdə pendiri istehsalı aşkarlanıb - FOTOLAR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qida Təhlükəsizliyi Agentliyinə Bərdə rayonu Mollalı kəndində antisanitar şəraitdə pendir istehsal edilməsi ilə bağlı şikayət daxil olub. Daxil olan məlumat əsasında qeyd olunan ərazidə Agentliyin əməkdaşları tərəfindən monitorinq aparılıb.

 

Monitorinq zamanı şikayət öz təsdiqini tapıb. 

 

Məlum olub ki, qanunsuz fəaliyyət göstərən sexdə qida təhlükəsizliyi sahəsində sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmir.

 

Sexdə pendirin yağlılığını süni şəkildə artırmaq məqsədi ilə bitki yağlarından, habelə məhsula yüksək yağlılıq əmtəə görünüşü vermək məqsədilə beta karotin rəngləyici qida boyasından istifadə edildiyi aşkar olunub. 

 

Məhsullardan nümunələr götürülərək ekspertizadan keçirilməsi məqsədi ilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.

 

Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb, araşdırmalar davam etdirilir.

 

Agentlik vətəndaşlardan xahiş edir ki, istehlakçı hüquqlarının pozulması hallarına biganə qalmasınlar və qida sahəsində bu cür neqativ hallarla bağlı məlumatları olduqda 1003 nömrəli "Çağrı Mərkəzi”nə zəng edib məlumat versinlər.

17.07.2019 15:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ