Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan iqtisadiyyatı 0,4 faiz artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan iqtisadiyyatı 0,4 faiz artıb

2017-ci ilin yanvar-fevral aylarında ölkədə ümumi daxili məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq 10042,6 milyon manat təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 1035,6 manata bərabər olmuşdur. Bu barədə “Marja”ya Dövlət Statistika Komitəsindən bildirilib.

 

Ümumi daxili məhsulun 46,7 faizi sənayedə, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 7,6 faizi tikintidə, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrində, 15,8 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,5 faizini təşkil etmişdir.

 

Bu dövrdə iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artmış, onun ÜDM-də xüsusi çəkisi 56,8 faiz olmuşdur.

15.03.2017 08:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ