Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bank “BTB” yarımillik nəticələrini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank “BTB” yarımillik nəticələrini açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank “BTB” ASC 2019-cu ilin ilk yarımilliyinin nəticələrini açıqlayıb. Bankın yaydığı məlumatda bildirilir ki, ilin ilk yarımilliyin nəticələrinə əsasən, Bank “BTB” ASC-nin aktivləri 303 milyon 772.50 min manat təşkil edib.

 

Reklam_3_11

Bank BTB ASC-nin kredit portfelində hesabat dövrü ərzində artım müşahidə olunub. Kredit portfeli 198 milyon 66 min manata çatıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% yaxın artım deməkdir.

 

Bank “BTB”nin depozit portfeli 116 milyon 622 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (106 milyon 958 min manat) 9%-ə yaxın artım deməkdir.

 

“Depozit portfelinin artımı Bankın dayanıqlı inkişafını və müsbət imicini əks etdirərək, müştərilərimiz tərəfindən yüksək etimadın olmasını vurğulayır”- Bankın məlumatında bildirilir.

 

2019-cu ilin yanvar-iyun dövründə Bank “BTB”-nin cəmi gəlirləri 13 milyon 478 min manat, cəmi xərcləri 12 milyon 583 min manat təşkil edib. Bank ilin birinci yarısın 895 min manat mənfəət ilə başa vurub.

 

30.06.2019-ci il tarixinə Bankın məcmu kapitalı bankların kapital tələbinə tam cavab verərək 55 milyon 607.89 min manat təşkil edib.

 

Qeyd edək ki, hal hazırda Bank “BTB” ASC 17 xidmət nöqtəsilə təmsil olunur. 

18.07.2019 08:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ