Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Siyəzəndə də badam bağları salınıb - 200 hektar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Siyəzəndə də badam bağları salınıb -  200 hektar

Siyəzəndə rayonunda 200 hektar sahədə badam bağları salınıb.

 

Badam bağları “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin icrası nəticəsində rayonda yeni istifadəyə verilən suvarılan torpaqlarda əkilib. Rayon ərazisində meliorativ tədbirlərin həyata keçirilməsi əvvəllər əkin üçün uyğun olmayan geniş torpaq sahələrini əkinəyararlı edib. Qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsi yeni salınan badam bağlarının dayanıqlı su təminatına imkan verir.

 

Təsərrüfatçı Tural Sərdarov bildirib ki, gələcəkdə badam bağlarının sahəsini daha da artırmaq nəzərdə tutulub. “Köhnə kanallarla su verə bilmədiyimiz sahələrə indi yüksək təzyiqli su vermək mümkündür. Damlama üsulundan istifadə edərək geniş sahələri əkməyə müvəffəq olduq. Rayon ərazisində yeni suvarma kanallarının çəkilməsi əkin sahələrinin artmasına səbəb olub”, - deyə təsərrüfatçı diqqətə çatdırıb.

 

Dünya bazarında badama böyük tələbat var və bir çox ölkədə əsas valyuta gətirən məhsullardan sayılır. Azərbaycanda isə ötən illərə kimi mövcud badam bağlarının sahəsi 1000 hektara yaxın olub. Onların çoxu Naxçıvan Muxtar Respublikasında yerləşir.

 

“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində həyata keçirilən işlər nəticəsində Siyəzən rayonunda 6 min 972 hektar suvarılmayan sahə ilk dəfə su ilə təmin olunub. Bununla yanaşı, layihəyə görə 5 min 165 hektar mövcud suvarılan torpaqların su ilə təminatı da yaxşılaşdırılıb.

 

Siyəzən rayonu ərazisində mövcud suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi məqsədilə görülən işlər, ümumilikdə, 13 min hektara yaxın sahəni əhatə edəcək.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

18.07.2019 09:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ