Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Sığorta bazarının yeni göstəriciləri açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığorta bazarının yeni göstəriciləri açıqlandı

Maliyyə Bazarlarına Nəzarət Palatasından “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, 2019-cu ilin yanvar-iyun aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 361.3 mln. manat məbləğində sığorta haqları toplanıb, 119.1 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.           

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-iyun ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 396.37 mln. manat məbləğində sığorta haqları toplanmışdı. Beləliklə, toplanmış sığorta haqları 8,8% azalıb.

Reklam_3_11

 

 2019-cu ilin yanvar-iyun aylarında könüllü sığorta bazarı üzrə haqlar 241.8 mln. manat, ödənişlər isə 83.3 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 119.5 mln. manat, ödənişlər isə 35.8 mln. manat olub.

 

2019-cu ilin yanvar-iyun aylarında sektor üzrə məcmu sığorta haqlarının 66.9%-i könüllü, 33.1%-i  isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta ödənişlərinin  69.9%-i könüllü, 30.1%-i icbari sığorta növləri hesabına formalaşıb.

 

Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə qeyri-həyat sığortasının könüllü növləri üzrə sığorta haqlarında 3% (3.9 mln. manat), icbari növləri üzrə sığorta haqlarında 7% (5.9 mln. manat) artım müşahidə edilmişdir.  Qeyd edək ki, qeyri-həyat sığortası növündə artım əsasən tibbi sığorta üzrə 19% (10.4 mln. manat), avtonəqliyyat vasitələrinin sığortası üzrə 31% (3.9 mln. manat ), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 6% (2.7 mln. manat) və daşınmaz əmlakın icbari sığortası üzrə isə 17% (2.6 mln. manat) olub.

 

Bundan əlavə həyat sığortasının icbari növü üzrə isə artım 19% (4.1 mln. manat) qeydə alınmışdır.

18.07.2019 10:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ