Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Hörmüz boğazını bağlaya bilərik, amma bunu istəmirik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Hörmüz boğazını bağlaya bilərik, amma bunu istəmirik"

İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif, ölkəsinin Hörmüz Boğazını bağlaya biləcəyini, ancaq bunu etmək istəmədiklərini deyib. Hörmüz Boğazı Orta Şərqdən neft nəqlində kritik əhəmiyyətə malikdir.
 

Zərif  "Bloomberg Television"a verdiyi müsahibəsində, "Əlbəttə, bunu edəcək qüdrətə malikik, ancaq bunu etmək istəmirik.  Bu boğaz qorunmalıdır. Bunu həyata keçirməkdə mühüm rol oynayırıq, ancaq burası hər kəs üçün etibarlı olmalıdır",- deyib.
 

Reklam_3_11

Dünyada dəniz yolu ilə nəql edilən xam neft və maye yanacağın üçdə biri keçən il Hörmüz boğazından keçib və bu fakt bu yolun nə qədər əhəmiyyətli olduğunu göstərir. May və İyunda, bölgədə altı neft tankeri hücuma məruz qalıb. Bu hücumlara görə İran günahlandırılıb, amma İran məsuliyyəti üzərinə götürməyib.

 

 Zərif, "Bu boğaz təhlükəlidir, çünki çox böyükdür" deyib.

 

İranın xarici işlər naziri, "Təhlükəni hiss edirik. Amma təhlükəni artırmaqdan qaçmaq istəyirik. Ancaq ölkəmizi müdafiə etməkdən imtina edə bilmərik" deyib.

18.07.2019 11:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ