Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bakı-Quba yolu yenidən qurulacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı-Quba yolu yenidən qurulacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı-Quba-Rusiya sərhədi avtomobil yolu yenidən qurulacaq.

 

Reklam_3_11

Bunu  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

 

A.Nəcəflinin sözlərinə görə, adıçəkilən avtmobil yolunun yenidən qurulması ilə bağlı lazımi işlər görülür: "Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 132 kilometrlik Bakı-Gəndob hissəsində tikinti zamanı podratçıların işinə nəzarətin zəif olması nəticəsində buraxılan konstruktiv səhvlər, o cümlədən layihədə nəzərdə tutulmuş ərazilərdə qrunt sularının ötürülməsi üçün drenaj sisteminin pis tikilməsi və ya ümumiyyətlə olmaması, həmçinin Qubadan Bakı şəhərinə doğru normadan artıq yüklənmiş yük maşınlarının hərəkəti nəticəsində yolun monolit-beton örtüyündə çatlar əmələ gəlib, dağılmış hissələr meydana gəlib. Bu isə əhalinin haqlı narazılığına səbəb olub".

 

Qurum rəsmisi deyib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi çalışır ki, yolda təmir-bərpa işlərini həyata keçirsin. Lakin yol artıq əsaslı şəkildə yenidən qurulmalıdır: "Yolun müəyyən hissələrində cari təmir işləri həyata keçiririk. Amma bu, həmin yolda yaranan problemin müəyyən qədər həll edilməsi üçün edilir ki, avtomobillərin hərəkətində ciddi problem yaşanmasın. Bununla bağlı aidiyyəti qurumlar məlumatlandırılıb. Yaxın vaxtlarda həmin yolun əsaslı şəkildə yenidən qurulması istiqamətində addımlar atılacaq".

 

A.Nəcəfli bildirib ki, bununla yanaşı, Bakı-Quba-Rusiya sərhədi istiqamətində yeni yol inşa edilir: "Həmin yol Hacı Zeynəlabdin Tağıyev qəsəbəsindən, yəni Bakı-Quba Rusiya sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən başlayaraq Rusiya sərhədinə qədər davam edir. Bu yolun ümumi uzunluğu 152 kilometrdir. Yolun 2021-ci il ərzində yenidən qurularaq istifadəyə verilməsi planlaşdırılır. Yol müasir standartlara cavab verən 1-ci texniki dərəcəli olacaq. Bu yol istifadəyə veriləndən sonra mövcud olan Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun Bakı-Gəndob hissəsinin yenidən qurulması nəzərdə tutulur".

18.07.2019 12:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ