Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bu il bol olan Xaçmaz pomidoru ilə qiymətlərin düşəcəyi gözlənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu il bol olan Xaçmaz pomidoru ilə qiymətlərin düşəcəyi gözlənilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xaçmazın pomidor sahələrində bol məhsul yetişib. Rayonda becərilən pomidor bir həftə ərzində kütləvi halda Bakının və digər bölgələrin bazarlarına çıxarılacaq. Bundan sonra paytaxt bazarlarında pomidorun qiymətinin nəzərəçarpacaq dərəcədə aşağı düşməsi gözlənilir.

 

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev  müsahibəsndə bildirib.

 

İnstitutun mütəxəssisləri kütləvi yığım öncəsi Xaçmazın pomidor sahələrinə baxış keçiriblər. Rayonun daha çox pomidor becərilən Qusarçay, Aşağı-zeyid və Susay kəndlərində təsərrüfat sahibləri ilə görüşən mütəxəssislər məhsuldarlığın bol olduğunu müşahidə ediblər.

 

“Respublikamızın əsas tərəvəzçilik rayonlarından sayılan Xaçmazda pomidor sahələrinə baxış keçirdik. Hazırda olduğumuz sahədə bol məhsul var. Hər hansı bir xəstəlik və zərərvericilər müşahidə olunmur. Havaların qeyri-sabit keçməsinə görə bu il şitillərin sahələrə köçürülməsi gecikib. Bununla əlaqədar hazırda pomidorun yetişməsi də ötən illərlə müqayisədə gecikir. Amma mütəxəssislərlə birgə bol məhsulun olduğunu müşahidə etdik. Bir həftə ərzində Xaçmazda yetişən pomidor paytaxt bazarlarına göndəriləcək. Xaçmaz pomidoru Bakı bazarlarına çıxdıqdan sonra qiymətlərin ucuzlaşacağı gözlənilir”, - deyə E.Allahverdiyev qeyd edib.

 

Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri ilə birlikdə pomidor sahələrinə keçirilən baxış zamanı mütəxəssislər təsərrfatçılara müvafiq tövsiyyələrini verib, aqrotexniki qaydalara əməl etməyin vacibliyi izah olunub.

 

Xaçmazda pomidor yığımına iyulun əvvəlindən başlanılıb. Rayonda əsasən pomidorun “Lajen”, “Sultan”, “Vətən” və “Sevimli” növləri becərilir. Əsasən yerli bazarlarda satılan Xaçmaz pomidorunun ixrac potensialı da var.

 

Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, ötən il Xaçmazda 2043 hektar pomidor sahəsindən 52 min ton məhsul yığılıb. Bu il isə təsərrüfatçılar 2123 hektar sahədə pomidor əkiblər.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

18.07.2019 12:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ