Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“AgBank” yarımillik maliyyə göstəricilərini açıqlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AgBank” yarımillik maliyyə göstəricilərini açıqlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“AgBank” ASC 2019-cu ilin 1-ci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.

 

Reklam_3_11

“Marja” Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-iyun dövründə “AgBank”ın cəmi faiz və qeyri-faiz gəlirləri 21 milyon 867 min manat, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatdan azad olmuş 4 milyon 968 min manat daxil olmaqla cəmi gəlirlər 26 milyon 836 min manat, cəmi xərclər isə 27 milyon 733 min manat təşkil edib. Nəticədə “AgBank” 2019-cu ilin birinci yarısını 897 min manat zərər ilə başa vurub. 2018-ci ilin 1-ci yarısı ilə müqayisədə Bankın zərəri 1,8 dəfə azalıb. Belə ki, “AgBank” ötən ilin birinci yarısını 1 milyon 575 min manat zərər ilə bağlamışdı.

 

Ötən ilin 1-ci rübündə “AgBank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatın yaradılmasına 489 min manat ayırmışdı. Bu il əksinə, ehtiyatların azad olması gecikmədə olan kreditlərin bərpa edildiyinə işarədir. İkinci rübdə gəlirlərinin artması və ehtiyatdan daha çox vəsaitin azad olması ilə “AgBank” mənfəətə daha da yaxınlaşa bilər.

 

30 İyun 2019-cu il tarixində “AGBank” 471 milyon 620 min manat cəmi aktivlərə (o cümlədən 233 milyon 593 min manatı müştərilərə verilən kreditlər), 420 milyon 368 min manat cəmi öhdəliklərə (o cümlədən 222 milyon 833 min manatı depozitlər) və 51 milyon 251 min manat cəmi balans kapitalına, 51 milyon 863 min manat məcmu kapitala malik olub.

18.07.2019 19:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ