Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Fermerlərə buğda,çəltik və barama üzrə subsidiya ödəniləcək - QƏRAR QƏBUL EDİLİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fermerlərə buğda,çəltik və barama üzrə subsidiya ödəniləcək - QƏRAR QƏBUL EDİLİB

Kənd Təsərrüfatı Nazirliyində nazir müavini İlham Quliyevin sədrliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

 

Nazirlikdən verilən məlumata görə, iclasda kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat, habelə buğda və çəltik əkinlərinə görə əlavə 40 manat məbləğində yardımın verilməsi və barama istehsalçılarına emal müəssisələrinə təhvil verdikləri yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 manat məbləğində subsidiyanın verilməsi ilə bağlı Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rayon (şəhər) üzrə təqdim etdiyi sənədlərə baxılıb.

 

Respublika Komissiyası 28 rayon (şəhər) üzrə 105246 istehsalçıya 306261,11 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 21 milyon 112 min 973,1 manat məbləğində və bundan əlavə 29 rayon (şəhər) üzrə 3443 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 406898,45 kiloqram yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 2 milyon 34 min 492,25 manat məbləğində subsidiya ayrılması barədə qərar qəbul edib.

 

Kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti Dövlət Aqrar İnkişaf Mərkəzlərinə göndərilib.

18.07.2019 17:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ