Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bu şirkət sığorta ödənişini 2 günə verir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu şirkət sığorta ödənişini 2 günə verir

Müştəri xidmətlərinin keyfiyyətini yüksəltmək və müştərilərin rahatlığı, eləcə də  sığorta xidmətləri bazarını inkişaf etdirmək məqsədilə “Atəşgah” Sığorta Şirkəti avtomobil sahibləri üçün sığorta hadisələrinin tənzimlənmə prosedurunu sadələşdirib.

 

Şirkədən "Marja"ya daxil olmuş məlumata görə, sığorta hadisələrinin rəsmiləşdirilməsi üçün əvvəllər tələb edilən sənədlərin sayı azaldılıb, ödəniş isə 2 iş günü ərzində həyata keçirilir. Avtomobilə dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı müştəri ilə razılıq əldə edildikdən sonra 2 iş günü ərzində müvafiq sənədlərin təqdimindən sonra verilir.

 

Bundan əlavə, əgər müştərinin carı hesabı varsa, bu proses əhəmiyyətli dərəcədə qısalır.

 

Yaxın gələcəkdə şirkət müştərilərin sığorta ödənişini 1 iş günü ərzində mümkün edə biləcək yeni maliyyə mexanizmi tətbiq etməyi nəzərdə tutub.

 

Qeyd edək ki, bu yenilik sığorta hadisəsi baş verən zaman zərərlik məbləği 1000 AZN – ə qədər təşkil edən hallara şamil edilir.

 

Qeyd edə ki,  “Atəşgah” Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilmişdir. 2016-cı ilin nəticələrinə görə ümumilikdə “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ -nin sığorta haqları 76,6 mln. AZN, ödənişləri isə 43,3 mln. AZN təşkil edib. Şirkətlər müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.

15.03.2017 08:47

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ