Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Tramp: ABŞ Fars körfəzində İranın dronunu vurub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp: ABŞ Fars körfəzində İranın dronunu vurub

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Fars körfəzində İranın pilotsuz uçan aparatını vurub.

 

Reklam_3_11

RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar prezidenti Donald Tramp deyib.

 

"Pilotsuz aparat dərhal məhv edilib", - deyə o bildirib və əlavə edib ki, kəşfiyyat aparatı Amerikanın Fars körfəzində üzən gəmisindən təqribən 900 metr məsafədə olub.

 

Trampın sözlərinə görə, pilotsuz aparat ABŞ gəmisi üçün təhlükə yaradıb. O, digər ölkələri də öz gəmilərini müdafiə etməyə çağırıb.

 

Tehran ABŞ-ın İran dronunu vurması xəbərinə münasibət bildirib


İranın cümə axşamı ona məxsus pilotsuz uçan aparatın vurulmasına dair məlumatı yoxdur.

 

RİA "Novosti" xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

 

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Fars körfəzində üzən Amerika gəmisinin İrana məxsus dronu vurduğunu bəyan edib.

 

"Bizdə uçan aparat itkisi ilə bağlı məlumat yoxdur", - deyə Zərif ABŞ prezidentinin bəyanatını şərh edərkən bildirib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

19.07.2019 07:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ