Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Avtomobil sığortasında artım davam edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avtomobil sığortasında artım davam edir

Azərbaycanda avtomobil satışlarının artması ilə avtonəqliyyat vasitələrinin sığortası (könüllü avtomobil sığortası, KASKO) üzrə toplanan sığorta haqları da artır.

 

“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-iyun dövründə (1-ci yarımildə) sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrə 16 milyon 411 min manat sığorta haqları hesablanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 858 min manat və ya 30,7% çoxdur. 2018-ci ilin yanvar-iyun dövründə avtonəqliyyat vasitələrinin sığortası üzrə 12 milyon 553 min manat sığorta haqları hesabalanmışdı.

  

2018-ci ilin 1-ci yarısı ilə müqayisədə 2019-cu ilin 1-ci yarısında könüllü avtomobil sığortası üzrə ödənişlər 1 milyon 386 min manat və ya 32,7% çox olub. 2018-ci ilin 1-ci yarısında 4 milyon 228 min manat təşkil etmiş ödənişlər bu ilin eyni dövründə 5 milyon 614 min manat təşkil edib.

19.07.2019 08:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ