Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bakıda yaşayış binalarının gec təhvil verilməsinə etiraz ediləcək – AKSİYA KEÇİRİLƏCƏK

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda yaşayış binalarının gec təhvil verilməsinə etiraz ediləcək – AKSİYA KEÇİRİLƏCƏK

Sabah “Alians” şirkətinin tikdiyi “Panorama Park” yaşayış kompleksinin sakinləri etiraz aksiyası keçirməyə hazırlaşırlar. Bu barədə “Marja”ya binanın sakinləri məlumat veriblər.

 

“Xətai rayonu, Gəncə prospektində yerləşən “Panorama Park” binasının sakinləri adından sizə məlumat vermək istəyirik ki, 20.07.2019-cu il tarixində, saat 10.30-da bina qarşısında sakinlər etiraz aksiyası keçirəcəklər. Səbəb binaların təhvilə verilməsinin 2 il gecikməsi, hazırda bina daxilində  işlərin çox zəif getməsi, bəzi sakinlərə yaşayışa icazə verilməsinə baxmayaraq onlara heç bir şəraitin yaradılmaması, binaya verilən suyun iyli və çirkli olmasıdır”,- sakinlər qeyd ediblər.

 

Qeyd edək ki, "Alians" şirkətinin inşa etdiyi “Panorama Park” qapalı yaşayış kompleksi 10 bina və 10 blokdan ibarət olmalıdır. Şirkət kompleksin 2018-ci ilin əvvəlinə təhvil verəcəyini açıqlamışdı.

19.07.2019 09:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ