İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ
22 iyul 2019-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ASC – nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir :
Qiymətli kağızın ISIN kodu | AZ2037008680 |
Emissiya həcmi | 20 000 000 AZN |
Nominal qiyməti | 1000 АZN |
Hərrac qiyməti | 1000 AZN |
İstiqrazların tədavül müddəti | 23 il (8280 gün) |
Faiz dərəcəsi | 3 % |
Faiz gəlirinin ödəniş müddəti | 6 aydan bir (180 gün) |
Anderrayter | PSG-Kapital İŞ QSC |
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.
AİF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 d. əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 21 d. əvvəl
-
35 d. əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 44 d. əvvəl
- 45 d. əvvəl
- 47 d. əvvəl
- 51 d. əvvəl
- 56 d. əvvəl
-
57 d. əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl