Azərbaycan qonşu ölkənin üçüncü ən böyük ticarət tərəfdaşı olub
Bu ilin birinci yarısında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 508 mln. 899,1 min dollar təşkil edib.
Bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.
Hesabat dövründə Azərbaycanın Gürcüstanın ümumi ticarət dövriyyəsindəki payı 8,5% təşkil edib. Azərbaycan qonşu ölkənin Türkiyə və Rusiyadan sonra üçüncü ən böyük ticarət tərəfdaşı olub.
Yanvar-iyun aylarında Gürcüstanın Azərbaycana ixracı 211 mln. 326,8 min dollar təşkil edib. İllik müqayisədə qonşu ölkənin Azərbaycana ixracı 3,7% artıb. Azərbaycan Gürcüstanın ümumi ixracında 11,9% paya sahib olmaqla, Rusiyadan sonra qonşu ölkənin ikinci əsas ixrac tərəfdaşı olub.
İlk yarım ildə Gürcüstan Azərbaycandan 297 mln. 572,3 min dollar dəyərində məhsul idxal edib. İllik müqayisədə Gürcüstanın Azərbaycandan idxalında 3,2% azalma qeydə alınıb. Qonşu ölkənin ümumi idxalında Azərbaycanın payı 7,1% təşkil edib. Azərbaycan qonşu ölkənin Türkiyə, Çin və Rusiyadan sonra dördüncü əsas idxal tərəfdaşı olub.
Hesabat dövründə Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi 5 mlrd. 968,3 min dollar təşkil edib ki, bu da illik müqayisədə 0,6% azdır. İxrac 1 mlrd. 775,4 min. dollar (+11,5%), idxal isə 4 mlrd. 192,9 mln. dollara (-4,9%) bərabər olub.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 52 d. əvvəl
-
55 d. əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
2 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl