Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Şənbə gününə olan hava proqnozu açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şənbə gününə olan hava proqnozu açıqlandı

Azərbaycanda şənbə günü gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti təşkil edəcək.

 

Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq.

 

Abşeron çimərliklərində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

 

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında iyulun 20-dəhava əsasən yağmursuz keçəcək, lakin gecə saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.

 

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

19.07.2019 11:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ