Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Repo əməliyyatlarında rekord göstərici

iç səhifə xəbər başlığı altı (mobil)_31
Repo əməliyyatlarında rekord göstərici

İyulun 15-də “Bakı Fond Birjası” QSC-nin (BFB) ticarət platformasında 78,6 milyon manat məbləğində repo əməliyyatı qeydə alınıb. Biurjadan "Marja"ya daxil olmuş məlumata görə, bu 2014-cü ildən bəri bir günlük əməliyyatlar üzrə rekord həddir.

 

Reklam_3_11

Ümumilikdə, 2019-cu il yanvar-iyun ayları üzrə həyata keçirilmiş repo əməliyyatlarının ümumi məbləği isə 437,8 milyon manat təşkil edib. Son 2 ildə repo əməliyyatlarında əhəmiyyətli artım müşahidə olunur. Belə ki, 2017-ci ilin I yarısında repo əməliyyatlarının ümumi məbləği 11,6 milyon manat olduğu halda, 2018-ci ilin eyni dövründə bu göstərici 466,2 milyon manat təşkil edib.

 

Repo predmeti kimi Maliyyə Nazirliyinin emissiya etdiyi dövlət istiqrazlarına tələb yüksək qalmaqdadır, eyni zamanda dövr ərzində Azərbaycan Mərkəzi Bankının (AMB) notları və korporativ istiqrazlar üzrə də repo əqdləri bağlanılıb. Belə ki, I yarımildə repo əməliyyatlarında dövlət istiqrazlarının payı 60,7% (265,7 milyon manat), AMB-nin notlarının payı 37,7% (165,2 milyon manat), Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazların payı 0,9% (4,1 milyon manat), digər qiymətli kağızların payı isə 0,6% (2,8 milyon manat) təşkil edib.

19.07.2019 14:06

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ