Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bakıda xüsusi hərəkət zolaqlarının çəkilişinə başlanılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda  xüsusi hərəkət zolaqlarının çəkilişinə başlanılıb

Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyatdan istifadə edən vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Bakı şəhərinin küçə və prospektlərində yalnız sərnişin avtobuslarının hərəkət etməsi üçün xüsusi hərəkət zolaqlarının çəkilməsinə başlayıb.Bunu BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

 

M.Ağayevin sözlərinə görə, xətlənmə işləri ilkin mərhələdə paytaxtın 9 küçə və prospektində aparılacaq. "Artıq Füzuli küçəsində xüsusi hərəkət zolağının çəkilişinə başlanılıb. Xüsusi hərəkət zolaqları yalnız sərnişin avtobuslarının hərəkəti üçün nəzərdə tutulub. Digər nəqliyyat vasitələrinin bu hərəkət zolaqlarından istifadəsi qadağandır. Bu zolaqlarda avtomobillərin park edilməsi də qadağandır. Zolaq boyunca yerləşən yaşayış məntəqələrində yaşayan sakinlər üçün xüsusi nişanlar qoyulacaq ki, həmin yerlərdən sakinlər məhəllələrinə daxil ola biləcəklər", - deyə qurumun sözçüsü bildirib.

 

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə bildirib ki, ictimai nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı xüsusi hərəkət zolaqlarının yaradılması hərəkətin təhlükəsizliyinin təmin edilməsi baxımından vacibdir: "Bu gün paytaxtın istənilən inzibati ərazisinə aid küçə və prospektlərdə ictimai nəqliyyat vasitələrini hərəkətində yaşanan problem istər-istəməz digər avtomobil vasitələrinin sürücülərinə də maneələr yaradır. Bu kimi xüsusi hərəkət zolaqlarının yaradılması problemlərin həlli və ictimai nəqliyyat vasitələrindən istifadə edənlərin ləngimədən mənzil başına çatması deməkdir".

 

Xüsusi hərəkət zolağı ilə hərəkət edəcək digər nəqliyyat vasitələrinə tətbiq olunacaq cərimələrə gəlincə, qurum rəsmisi bildirib ki, ictimai nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı tələblər öz həllini tapdıqdan sonra bu barədə məlumat veriləcək.

15.03.2017 09:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ