Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bu yollarda diqqətli olun! -SİYAHI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu yollarda diqqətli olun! -SİYAHI

Artıq bu gün gecə saatlarından başlayaraq “Baku 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının Bakıda keçirilməsi ilə əlaqədar iyulun 28-dək paytaxtın küçə və prospektlərində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sarı zolaqların tətbiqinə başlanılıb.

 

Bu müddət boyu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (DYP) əməkdaşları gücləndirilmiş iş rejmində xidmət etməklə, yarışların təşkil olunduğu ərazilərdə nəzarəti artıracaq.

 

Qeyd edək ki, İdarə daha öncə sürcülərə müraciət edərək bununla bağlı xəbərdalıq edib:

 

"Ötən dövrlərdə keçirilmiş idman tədbirlərində avtomobillərin hərəkətində sarı rəngli zolaqların tətbiq edilməsinin müsbət nəticələrini nəzərə alaraq, diqqətə çatdırırıq ki, sürücülər festival iştirakçılarının tədbir yerləri istiqamətində bu zolaqlar üzrə təhlükəsiz hərəkəti üçün şərait yaratmalıdırlar.

 

Xatırladaq ki, sarı zolaqlar üzrə digər avtomobillərin hərəkət etməsi avtomobil sahibləri və sürücülərin inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Ona görə də sürücülərə tövsiyə olunur ki, bu zolaqlar üzrə hərəkət etməsinlər.

 

Belə ki, paytaxtın “Ziya Bünyadov”, “Q.Qarayev”, “Neftçilər”, “Atatürk”, “H.Ələsgərova”, “Azadlıq”, “Z.Əliyeva, “Tiblisi, “Moskva”, “Ü.Hacıbəyov”, R.İsmaylov və s. küçə və prospektlərində çəkilmiş sarı rəngli və xüsusi işarəli avtomobil zolaqları kameralar vasitəsilə tam nəzarətə götürülüb".

20.07.2019 05:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ