Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

“Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi təsis olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi təsis olunub

Bərdə rayonunda 120 soğan istehsalçısının iştirakı ilə “Qarabağ-Aran Soğan istehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi təsis olunub.


Təsis yığıncağında Kənd Təsərrüfatı Nazirliyinin, rayon icra hakimiyyətinin nümayəndələri, soğan istehsalı ilə məşğul olan fermerlər iştirak edib.


Yeni Assosiasiya ilkin olaraq Ağdam, Bərdə, Tərtər, Ağcabədi, Şəmkir və Beyləqan rayonlarında soğan istehsalı ilə məşğul olan fermerləri öz sırasında birləşdirir.


“Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın əsas məqsədi ölkədə soğana olan tələbatı yerli istehsal hesabına tam ödəmək, bu məhsulun ixracının daha da artırılmasına nail olmaqdır. Bundan başqa, Assosiasiya öz fəaliyyətini soğan istehsalçılarının bilik və bacarıqlarının artırılması, fermerlərin yeni innovativ metodlarla tanış olması istiqamətində quracaq.


Tədbirdə çıxış edən Bərdə rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Damət Ələkbərov, Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov ölkədə aqrar sahənin inkişafı ilə bağlı görülən işlər barədə ətraflı məlumat veriblər. Bildirilib ki, son dövrlərdə ölkədə fermerlərə yaxın olmaq prinsipinə əsaslanaraq kənd təsərrüfatı sahəsində ixtisaslaşmış assosiasiyaların sayı sürətlə artır. Qeyd olunub ki, Assosiasiyalar aqrar sahənin davamlı inkişafında mühüm rol oynaya və öz töhfələrini verə bilər.


Tədbirdə soğan istehsalı ilə məşğul olan fermerlər çıxış edərək “Qarabağ-Aran Soğan istehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin işində fəal iştirak edəcəklərini bildirib, təkliflərini səsləndiriblər.
Sonra tədbir iştirakçılarının təklifi əsasında Assosiasiyanın təsis olunması məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub, idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvləri seçilib. Fermer Vüqar Babayev “Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri, fermer Murad Rüstəmov İdarə Heyəti sədrinin müavini seçilib.


Sonda Assosiasiyanın gələcək fəaliyyəti və soğançılığın inkişafı ilə bağlı fermerlərlə müzakirələr aparılıb.

20.07.2019 08:58

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ