Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Gənclər regionların sahilyanı ərazilərini təmizlədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gənclər regionların sahilyanı ərazilərini təmizlədi

® İyulun 5-8i tarixlərində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə elan olunan 1-ci qrant müsabiqəsinin qalibi, Orxan Qədirovun təşkilatçılıq etdiyi “İxtisaslı təmizlik aksiyaları” layihəsi uğurla həayata keçirilmişdir. Layihənin keçirilməsində əsas məqsəd, gənclərin birbaşa olaraq təmizlik aksiyalarında iştirak etməsi və ayrılan ərazilərin tam və ixtisaslı şəkildə təmizlənməsi oldu.

 

Reklam_3_11

Digər mütəmadi olaraq keçirilən təmizlik aksiyalarından fərqli olaraq bu layihədə diqqət iştirakçıların kütləviliyi və mesajın otürülməsinə deyil, bilavasitə olaraq təmizliyin həyata keçirilməsi və ixtisaslı şəkildə buna yanaşma əsas məqsəd olaraq seçilmişdi. Belə ki, iştirakçılar sadəcə elanı görmüş könüllü kütlələr deyil, xüsusi olaraq dəvət olunmuş gənclər qrupları idi. Bunların içində əsasən ictimai fəaliyyəti ilə artıq seçilən gənclər idi. İştirakçıların seçimlərinin həyata keçirilməsində Green Baku təşkilatı yaxından yardımçı oldu.

 

Layihə Xəzər dənizinin Salyan və Şirvan zonasına düşən sahillərini əhatə etdi. Xüsusi seçim vasitəsilə seçilən 15 nəfərlik gənclərdən ibarət qrupa verilən ərazi üzrə təmizlik aksiyası keçirmək tapşırığı verildi. Layihənin müsbət cəhətlərindən biri də həmin gənclərin sonradan təmizlənən ərazidə qalıb istirahət etməsi və edilən fəaliyətləri müzakirə üçün də şərait yaradılmışdı. Beləki hər gün sonrası iştirakçılar xüsusi təmin olunmuş çadır və yataq döşəklərinin köməkliyi ilə həmin təmizlənmiş dəniz sahillərində gün keçirə bilərdi. Layihənin nəticəsi olaraq 4km-ə yaxın dənizkənarı ərazi təmizlənmişdir. Ərazilərin xüsusi qorunan olduğunu nəzərə alaraq təmizliyin davamlı xarakter alacağıvə uzun müddət təmiz saxlanacağı dəqiqdir. 

 

Qeyd edək ki, Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihə yalnız həyata keçirilən ərazidə deyil, həm də sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanmış, paylaşılan şəkillər və sosial şəbəkələrdə yayılan materiallar minlərlə izləyici tərəfindən izlənmişdir.

 

19.07.2019 16:28

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ