Mobil manşet üstü reklam-3_21

Daha bir şirkət valyuta məhdudiyyətinə görə cərimələndi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha bir şirkət valyuta məhdudiyyətinə görə cərimələndi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Bazarlarına Nəzarət Palatası "Fayton LTD" şirkətini cərimələyib.

 

Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib olunub.

 

Şirkətin cərimələnməsi barədə Səbail rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli qərarından “Fayton LTD” MMC tərəfindən verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

 

İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

 

Qeyd edək ki, "Titan Group"a aid olan "Fayton LTD" mətbəx, soyuducu və market avadnalıqları istehsalı ilə məşğuldir. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

20.07.2019 16:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ