Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan Mərkəzi Bankı 2019-un 5-ci faiz qərarını açıqlayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Mərkəzi Bankı 2019-un 5-ci faiz qərarını açıqlayacaq

Azərbaycan Mərkəzi Bankı bu həftənin cümə günü (26 İyulda) 2019-cu ildə 5-ci dəfə faiz qərarını açıqlayacaqdır.

 

Reklam_3_11

“Marja”nın məlumatına görə, 2019-cu ilin ötən dövrü ərzində Mərkəzi Bankın İdarə Heyəti keçirdiyi bütün iclaslarında faizlərin endirilməsinə qərar verib. İl ərzində bir iclasda uçot dərəcəsi 0,50 bənd, növbəti 3 iclasın hər birində isə 0,25 bənd endirilib. Müvafiq olaraq faiz dəhlizinin yuxarı və aşağı hədləri də aşağı düşmüşdür.

 

2017-ci ildə Mərkəzi Bankın uçot dərəcəsi 15% səviyyəsində idi. 2018-ci ilin Fevral ayında uçot dərəcəsi 13%-ə, Aprel ayında 11%-ə, İyul ayında 10%-ə, Oktyabr ayında 9,75%-ə endirildi. Uçot dərəcəsi 2019-cu ilin  Fevral ayında 9,25%-ə, Mart ayında 9%-ə, Aprel ayında 8,75%-ə, İyun ayında isə 8,5%-ə salındı.

 

İqtisadi artımın davam etdiyini, inflyasiyanın Mərkəzi Bankın hədəfi (4±2%) çərçivəsində olduğunu, xarici sektorda müsbət meyillərin davam etdiyini, beynəlxalq konyunkturun Azərbaycan üçün əlverişli olaraq qaldığını, neftin qiymətinin 60 dollardan yüksək olduğunu nəzərə alsaq uçot dərəcəsinin endirilməsi davam etdirilə bilər.

 

“Faiz dəhlizinin parametrləri barədə növbəti qərarlar faktiki inflyasiyanın proqnozla müqayisəsi, inflyasiya gözləntiləri, xarici mühitin dəyişimi və maliyyə bazarlarının buna reaksiyasından asılı olaraq qəbul ediləcəkdir”,- Mərkəzi Bank bəyan etmişdi.

 

Eyni zamanda qeyd edək ki, bazarda faizi müəyyən edən alətlərdən biri olan Maliyyə Nazirliyinin 1 illik tədavül müddətli istiqrazları üzrə faiz dərəcəsi 6% səviyyələrinə düşüb. 3 illik dövlət istiqrazlarının faizi isə 8% səviyyələrinə geriləyib.

 

Depozit və not hərraclarında tələb təklifi dəfələrlə üstələyir. Tələbin yüksək olduğu bir şəraitdə hərraclarda faizin aşağı düşməsi üçün Mərkəzi Bank uçot dərəcəsini, o cümlədən faiz dəhlizinin yuxarı və aşağı həddlərini aşağı salmalıdır.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Xəbər verdiyimiz kimi, İyunun 7-də Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 8.75%-dən 8.5%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı həddi 10.5%, aşağı həddi isə 6.5% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilmişdir.

 

Mərkəzi Bankın İdarə Heyətininin Sentyabr, Oktyabr və Dekabrda da pul siyasəti qərarları ictimaiyyətə açıqlayacaqdır.

22.07.2019 07:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ