Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İki nazir tanker böhranını müzakirə edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
İki nazir tanker böhranını müzakirə edib

İranın Hörmüz boğazında Böyük Britaniyaya aid bir tankeri saxlamasının ardından iki ölkənin xarici işlər nazirləri görüş keçirib. Ceremi Hant (Jeremy Hunt ) və Cavad Zərif, tanker böhranı ilə iki ölkə arasında artan gərginliyi müzakirə ediblər.



 
"Marja" xəbər verir ki, Böyük Britaniyanın Xarici işlər naziri Hant, Twitter hesabından verdiyi açıqlamada, Cavad Zərif ilə görüşdüyünü bildirib. Hant, Tehranın, ötən şənbə günü, gərginliyi azaltmağı istədiyinə dair verdiyi sözün əksinə hərəkət edərək, onları çox məyus etdiyini qeyd edib.
 

Verilən sözlərin əmələ çevrilməsi lazım olduğunu bildirən Hant, "İngilis nəqliyyatı qorunmalı və qorunacaqdır da",- deyib.
 

BEYNƏLXALQ QAYDALARA ZİDD HƏRƏKƏT ETDİYİ ÜÇÜN DAYANDIRILIB
 

Görüşə dair İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, iki nazir saxlanılan gəmilərlə bağlı fikir mübadiləsi aparıblar. Zərif, İnglitərənin İran neftini daşıyan neft tankerini qeyri-qanuni bir şəkildə saxladığını, ancaq Tehran rəhbərliyinin davranışının bunun əksinə olduğunu bildirib. İngiltərəyə məxsus gəminin beynəlxalq qaydalara zidd hərəkət etməsi səbəbilə İran Gəmi və Liman Müəssisəsinin tələbi ilə dayandırıldığını qeyd edən Zərif, "məsələnin qanunlara və hüquqa görə nəzərdən keçirilməsi lazım olduğunu" dilə gətirib.

22.07.2019 07:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ