Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bakı Fond Birjasında fyuçerslərin ticarətə buraxılması layihəsinə start verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı Fond Birjasında fyuçerslərin ticarətə buraxılması layihəsinə start verilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı Fond Birjası” QSC-nin (BFB) ticarət platformasında fyuçers törəmə maliyyə alətlərinin ticarətə buraxılması layihəsi üzrə BFB və üzvlərindən ibarət işçi qrupu yaradılıb. Bu barədə "Marja"ya Birjadan bildirilib.

 

Layihəyə həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən dəstək göstərilir.

 

HEDCİNQ İMKANI YARADIR

 

"Fyuçers törəmə maliyyə alətlərinin standartlaşdırılmış formada fond birjası vasitəsilə ticarətə buraxılmasının əsas üstünlüyü xarici valyuta üzərindən əməliyyat aparan bazar iştirakçıları üçün valyuta risklərinin idarə olunması və minimallaşdırılması üçün hedcinq imkanları yaratmasıdır. Maliyyə bazarlarında valyuta risklərinin azaldılmasının əsas prioritetlərindən biri olduğunu nəzərə alaraq,  fyuçers tipli alətlərin investorlar, xüsusilə banklar, tərəfindən yüksək tələbatla qarşılanması gözlənilir. Hecinq imkanları ilə yanaşı fyuçers törəmə maliyyə alətlərinin ticarəti investorlar üçün əlavə gəlir mənbəyi formalaşdırmağa şərait yaradır.

 

Müxtəlif növ investorlar tərəfindən fyuçers tipli yeni alətlərə marağın göstərilməsi həmçinin fond birjasında ticarət üzrə likvidliliyin artmasına və bazar qiymətlərinin daha effektiv müəyyən olunmasına səbəb olacaqdır", - Birjanın məlumatında deyilir.

22.07.2019 09:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ