Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Trampın Türkiyəyə sanksiyalar məsələsini senatorlarla müzakirə edəcəyi gözlənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Trampın Türkiyəyə sanksiyalar məsələsini senatorlarla müzakirə edəcəyi gözlənilir

"Wall Street Journal"da yer alan xəbərə görə, ABŞ Prezidenti Donald Tramp bu həftə Ağ Evdə Türkiyənin Rusiyadan S-400 almasına görə bu ölkəyə bir neçə sanksiyanı senatorlar ilə müzakirə edəcək.
 

Tramp ötən həftə verdiyi açıqlamada, Ankaranın S- 400 Hava Müdafiə Sistemləri idxalına qarşılıq F-35-lərin satışının baş verməyəcəyini bildirmişdi.
 

Vaşinqtonun bu qərarı Ankara tərəfindən reaksiya ilə qarşılanmışdı.
 

Mövzuya yaxın mənbələrə görə, Tramp, məsləhətçilərinə Türkiyəyə qarşı sanksiyalardan qaçmaq istədiyini və Prezident Rəcəb Tayyib Ərdoğana bu barədə söz verdiyini söyləmişdi.
 

ABŞ və digər xarici nümayəndələrə görə, Ərdoğan Tramp ilə İyunda Yaponiyadakı görüşündə S-400-lərə görə yaşanan gərginliyi azaldıb. ABŞ Prezidenti Tramp, jurnalistlərə verdiyi açıqlamada, "Bu an Türkiyəyə qarşı bir sanksiya axtarışında deyiləm" demişdi.
 

Mövzuya yaxın mənbələrə görə, Konqres daha qatı bir mövqe nümayiş etdirərək, Ağ Evə sanksiya tətbiq etməsini, əks halda Konqres tərəfindən addım atılacağına dair xəbərdarlıq edib.

22.07.2019 12:48

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ