SOCAR-ın törəməsi Rusiya nefti alacaq

SOCAR Turkiye Enerji” (SOCAR-ın Türkiyədəki törəmə şirkəti) tərəfindən nəzarət olunan STAR Neft Emalı Zavodu (NEZ) “Rosneft” Neft Şirkəti PSC-dən 1 mln. ton “Urals” markalı Rusiya nefti alacaq.

 

Bunu zavodun baş direktoru Mesut İlter deyib.

 

“STAR” NEZ zavodun üstün tutduğu tədarükçülərindən biri olan İrana qarşı ABŞ tərəfindən neft idxalına qadağa qoyulandan sonra neft tədarükü ilə bağlı Rusiyaya müraciət edib. İlkin mərhələdə zavod “Rosneft” Neft Şirkəti PSC-dən 1 mln. ton həcmdə “Urals” markalı nefti alacaq. Bu, zavodun illik emalının təqribən onda bir hissəsini təşkil edir”, - İlter «Bloomberg» agentliyinə müsahibəsində qeyd edib.

 

Onun sözlərinə görə, STAR dünyanın istənilən nöqtəsindən emal üçün yararlı olan nefti ala bilər, “baxmyaraq ki, təcrübə göstərib ki, Azərbaycanın “Azeri Light” markalı nefti o qədər də yararlı deyil”.

 

“Heç bir məhdudiyyət olmasaydı, biz İran nefti alardıq”, - İlter əlavə edib.

 

O, həmçinin xatırladıb ki, cari il “STAR” NEZ-də neft emalı həcmi 8 mln. tona yaxın təşkil edəcək, gələcək illərdə illik 10 mln. tonadək artacaq.

 

19 oktyabr 2018-ci il tarixində STAR NEZ-in işə salınması mərasimi keçirilib. NEZ-də “Azeri Light”, “Kərkük” və “Urals” kimi neft markalarının emalı planlaşdırılır.

 

İllik zavodda 1,6 mln. ton nafta, 1,6 mln. ton reaktiv yanacaq, 4,8 mln. ton ultra aşağı kükürd tərkibli dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilol, 480 min ton reformat və 160 min ton kükürd istehsal olunacaq.

 

Zavodun tikintisi “Petkim” neft-kimya kompleksini xammalla təmin etməyə və SOCAR-ın dizel yanacağı, aviasiya kerosini, eləcə də kimya sənayesi üçün xammalla böyük Aralıq dənizi bazarına çıxmasına imkan verir.

 

“STAR” NEZ-in tikintisi layihəsinə ümumilikdə $6,3 mlrd. sərmayə qoyulub, bunun $3,3 mlrd.-ı kreditlərin payına düşüb. Ortamüddətli perspektivdə NEZ-ə əlavə investisiyalar $700 mln. məbləğində olacaq.

 

SOCAR “STAR” NEZ-in fəaliyyətindən illik $500 mln. gəlir əldə edəcək.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© İnterfaks-Azərbaycan

22 İyul 2019 , 15:01   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin