Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Kredit bürosu şirkəti 700 milyon dollar cərimə və təzminat ödəyəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kredit bürosu şirkəti 700 milyon dollar cərimə və təzminat ödəyəcək

ABŞ-ın kredit bürosu şirkəti "Equifax", 2017-ci ildə baş verən kiber hücumda təxminən 150 milyon müştərisinin şəxsi məlumatlarının kənara sızması səbəbilə 700 milyon dollar cərimə  və təzminat ödəyəcək.
 

"Marja"nın məlumatına görə, ABŞ Federal Ticarət Komissiyasından (FTC) bildiriblər ki, "Equifax" federal və ştat tənzimləyiciləri ilə razılığa gəlib.
 

Razılaşmaya görə, "Equifax", kiber hücumdan əziyyət çəkən təxminən 150 milyon müştərisinin zərərini kompensasiya üçün 425 milyon dollara qədər təzminat ödəməyi qəbul edib.
 

Həmçinin "Equifax" şirkəti 48 ştat, Vaşinqton, Porto Riko və İstehlakçıların Maliyyə Hüquqlarının Mühafizəsi İdarəsinə mülki cərimələr və digər təzminatlarla birlikdə 275 milyon dollar da ödəyəcək.
 
 
ABŞ tarixinin ən böyük kiber hücumu
 

"Equifax"ın şəxsi məlumatları qorumaq üçün "məqbul fiziki, texniki və prosedual mühafizə tədbirləri gördüyünü" iddia etməsinə baxmayaraq, FTC, istehlakçıların şəxsi məlumatlarını olduğu kimi qoruyub saxlamadığını bildirirdi.
 

ABŞ-ın 3 böyük kredit bürosu şirkətindən biri olan "Equifax" 2017-ci ilin Sentyabr ayında verdiyi açıqlamada, həmin ilin may-iyul dövründə baş vermiş kiber hücumda təxminən 150 milyon istifadəçisinin məlumatlarının kənara sızdığını bildirmişdi.
 

Ölkə əhalisinin təxminən yarısına təsir edən ABŞ tarixinin ən böyük kiber hücumunda, xaricə sızan məlumatlar arasında müştərilərin adları, sosial müdafiə nömrələri, doğum tarixləri və sürücü sənədlərinin olduğu qeyd edilmişdi.

23.07.2019 06:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ