Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"10 milyon insanı öldürmək istəmirəm"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"10 milyon insanı öldürmək istəmirəm"

ABŞ Prezidenti Donald Tramp Pakistanın Baş naziri İmran Xan ilə görüşü zamanı mətbuat nümayəndələrinə Əfqanıstandakı son vəziyyətlə bağlı açıqlamalar verib.

 

"Marja" xəbər verir ki,  ABŞ Prezidenti Donald Tramp, "Əfqanıstanda müharibə aparmırıq, orada polis kimiyik. Polis olmaq istəmirik. Əgər Əfqanıstanda müharibə aparmaq istəsək bu müharibəni bir həftə ərzində qazana bilərdik. Əfqanıstan o halda yer üzündən silinərdi. Amma 10 milyon insanı öldürmək istəmirəm. Belə bir müharibə 10 gündə bitərdi, ancaq bu yolu seçmək istəmirəm. Əfqanıstanla bağlı, müharibəni udmaqla bağlı planlarım var. Pakistan bizə bu məsələdə yardım edəcək. 19 ildir bu ölkədəyik, bu həqiqətən gülməli bir vəziyyətdir" deyib.
 

Tramp, Pakistanın da köməyilə Əfqanıstanda uzun illərdir davam edən müharibə vəziyyətinə son qoyacaqlarına ümid etdiklərini dilə gətirib.
 

Talibanla danışıqlardan nəticə çıxacağına ümid etdiklərini və Pakistanın bu prosesdə ABŞ-a yardım edəcəyini qeyd edən Tramp, "Pakistan bu məsələdə çox şey edəcək, buna inanıram. Milyonlarla insanın həyatını xilas edəcək".

23.07.2019 06:23

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ