Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Xalq” Bank kredit faizlərini nə qədər endirib?

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Xalq” Bank kredit faizlərini nə qədər endirib?

Xəbər verdiyimiz kimi, ilk dəfə Azərbaycanın bank sektorunda kredit faizlərinin kəskin şəkildə endirilməsi halı baş verib. 

 

ASC “Xalq” Bank faizləri milli valyutada biznes kreditləri üzrə 12-19%, əhaliyə verilən istehlak kreditləri üzrə isə 16-20% aralığına endirib.  

 

“Marja” xəbər verir ki, “Xalq” Bank biznes kreditlərinin faizini birdəfəyə 8-9 bənd, istehlak kreditlərinin faizini isə 4-8 bənd aşağı salıb. Belə ki, indiyədək “Xalq” Bankda biznes və istehlak kreditlərinin faizləri 20%-dən başlayırdı və girovdan, müddətdən asılı olaraq 28%-dək qalxırdı.

 

Dünən “Xalq” Bankının mətbuat xidmətindən aldığımız məlumata görə, “Xalq” Bank bütün kredit məhsullarının faiz dərəcələrini kəskin surətdə azaldıb. Yeni şərtlərə görə, “Xalq” Bank  biznes kreditlərini 5 ilədək müddətə illik 12-19%, istehlak kreditlərini isə 4 ilədək müddətə 16-20% verilir.

 

Bu addım Xalq Bankın kredit məhsullarını bazarda mövcud olan kreditlər arasında ən əlverişli təklifə çevirir.

 

Bankın nümayəndəsi, kredit faizlərinin endirilməsini dövlətin monetar siyasəti, Mərkəzi Bankın aşağı uçot dərəcəsi, bazarda makro-iqtisadi vəziyyətin sabitliyi, əməkhaqqılarının və əhalinin ödəmə qabiliyyətinin yüksəlməsi, yüksək likvidlik, ümumi sabitlik fonunda biznes risklərinin azalması və digər müsbət amillərlə izah edib.

23.07.2019 06:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ