SOCAR və TEKFEN-in şərik olduqları şirkətin gəlirləri və mənfəəti azalıb
SOCAR-ın Türkiyənin TEKFEN şirkətilə şərik olduğu “Azfen” Birgə Müəssisəsi 2018-ci ili 101 milyon 620 min manat xalis mənfəət ilə başa vurub. 2017-ci illə müqayisədə “Azfen”in xalis mənfəəti 78 milyon 214 min manat və ya 43,5% azalıb. Birgə müəssisə 2017-ci ili 179 milyon 833 min manat xalis mənfəətlə bağlamışdı.
“Marja” şirkətin illik hesabatına istinadən xəbər verir ki, xalis mənfətin düşməsi müqavilə gəlirlərinin azalması ilə bağlıdır. 2017-ci ildə müqavilələr üzrə gəlirlər 797 milyon 578 min manat ikən, 2018-ci ildə 512 milyon 388 min manata düşüb (285 milyon 191 min manat və ya 35,7% azalıb).
2018-ci ildə 2017-ci illə müqayisədə “Azfen”in cəmi aktivləri 31% azalaraq 273 milyon 255 min manata geriləyib.
AZFEN B.M. 1996-cı ilin yanvarında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) (60% sahiblik hüququ ilə) və TEKFEN İnşaat və Təsisat A.Ş. (40% sahiblik hüququ ilə) tərəfindən təsis edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
11 d. əvvəl
İş vədi ilə aldadılaraq Azərbaycana gətirilən əcnəbilər saxlanılıb
- 13 d. əvvəl
- 18 d. əvvəl
-
21 d. əvvəl
“Electro-İndustries” şirkətinin əməkdaşı iş zamanı aldığı xəsarətlərdən ölüb
- 24 d. əvvəl
-
35 d. əvvəl
"Qiyməti 12 min dollara yüksələcək" xəbərdarlığından sonra misin qiyməti 10 min dolları ötdü
-
50 d. əvvəl
Əmək müqavilələrinin sayı və məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artır
- 54 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
BOKT "Viator Mikrokredit Azərbaycan"ın gəlirləri və mənfəəti artıb - 2023-CÜ İLİN HESABATI
- 1 saat əvvəl