Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

A1 brendi SOCAR ilə əvəzlənir - ilk stansiya fəaliyyətə başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
A1 brendi SOCAR ilə əvəzlənir - ilk stansiya fəaliyyətə başlayıb

Avstriyanın Qraz şəhərində SOCAR brendi ilə ilk yanacaqdoldurma stansiyası fəaliyyətə başlayıb.

 

Bu barədə SOCAR-ın İsveçrədəki törəmə şirkəti "SOCAR Energy Holdings” məlumat yayıb.

 

Bildirilib ki, Qraz-Eggenbergdəki A1 yanacaqdoldurma məntəqəsi tamamilə SOCAR brendinə çevrilib.

 

“SOCAR Energy Holdings”in rəhbəri Edqar Baxmann bildirib ki, Avstriyada ilk yanacaqdoldurma məntəqəsinin açılması SOCAR üçün yeni bir mərhələdir: “SOCAR 2012-ci ildə İsveçrə bazarına daxil olduqdan bəri bu ölkənin aparıcı enerji şirkətlərindən birinə çevrilib. Biz indi həmin təcrübəni Avstiyada istifadə etmək istəyirik”.

 

Bildirilib ki, iyulun sonunda daha bir yanacaqdoldurma məntəqəsi SOCAR brendi ilə fəaliyyət göstərəcək.

 

Qeyd edək ki, 2017-ci ilin dekabr ayında “SOCAR Energy Holdings” SC Avstriyanın pərakəndə yanacaq satışı bazarına daxil olaraq, A1 şirkətinə məxsus yanacaqdoldurma məntəqələrini (YDM) və neft yağlarının ticarəti sahəsində fəaliyyət göstərən “Pronto Oil” firmasını alıb.

 

Qeyd edilib ki, bir neçə il ərzində A1 loqosu tədricən SOCAR brendi ilə əvəzlənəcək. SOCAR Avstriyada ümumilikdə 82 yanacaqdoldurma məntəqəsinə sahib olub.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

23.07.2019 14:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ