Maliyyə Nazirliyi qiyməti 6% səviyyələrində müəyyən etdi

23 iyul 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104007742 ISIN-li, 25 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

 

Birjadan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, hərrac zamanı 18 investor tərəfindən qiyməti intervalı 92.2054  AZN (8.5000%) və 94.5300 AZN (5.8184%) olan 28 sifariş təqdim edilmişdir.

 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.2804 (6.1000%), orta ölçülmüş qiyməti 94.3461 (6.0257%) müəyyən edilmişdir.

 

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 106 milyon 820 min 900 manat, yerləşdirilmiş həcmi isə 25 milyon manat təşkil edilmişdir.

 

İstiqrazların ödəmə tarixi: 21 iyul 2020-ci  il.

 

Hərrac iştirakçıları 24 iyul 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

23 İyul 2019 , 17:03   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin